Home / Aktual / Bu il 328 azərbaycanlı xaricdən readmissiya ilə geri qaytarılıb

Bu il 328 azərbaycanlı xaricdən readmissiya ilə geri qaytarılıb

Azərbaycan Readmissiya sazişinə 2014-cü ildən qoşulub. İlbəil müraciətlərin sayı artır. Məsələn, 2014-cü ildə 3 nəfər readmissiya olunmuşdu, amma 2015-ci ildə bu rəqəm 70, 2016-cı ildə 123, 2017-ci ildə 313 nəfərədək artıb. Ümumiyyətlə indiyədək, yəni Azərbaycana 2014-cü ildən bu günədək 3000-ə yaxın adamın readmissiyası ilə bağlı 1400-dən çox sorğu daxil olub. Həmin sorğularda adları hallanan şəxslərin 837-si artıq ölkəyə qayıdıb.

DiasporNews xəbər verir ki, bunu Report.az-a müsahibəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Readmissiya məsələləri İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Nazim Turabov deyib. Onun szölərinə görə, 2018-ci ilin 9 ayı ərzində isə bizə 400-ə yaxın sorğu daxil olub, bu, 800-dək şəxs deməkdir. Bu il isə 328 nəfər readmissiya olunub:

“Lakin bu sorğularda göstərilən şəxslərin heç də hamısının ölkəyə readmissiya nəzərdə tutulmur. Çünki bu şəxslərin bir hissəsinin Azərbaycan vətəndaşı olmadığı aparılan araşdırmalar zamanı müəyyənləşdirilir. Readmissiya sazişinə əsasən Azərbaycan vətəndaşı olmayan şəxslər ölkəyə gələ bilməz”.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600