Home / Aktual / Cəbhədə erməni təxribatı: Ağdam sakini yaralandı

Cəbhədə erməni təxribatı: Ağdam sakini yaralandı

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən Azərbaycanın mülki sakinlərini atəşə tutub. Hadisə bu gün Mirəşelli kəndi ərazisində baş verib. Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.

Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub. (Ordu.az)

DiasporNews

Check Also

Biz Bizdən nə istəyirik?

Son zamanlarda məni ən çox düşündürən suallardan biridir. Görəsən biz bizdən olanlardan nə istəyirik? neyi …

160*600