Home / Aktual / Çexiya ilə hərbi əməkdaşlıq müzakirə edilib

Çexiya ilə hərbi əməkdaşlıq müzakirə edilib

Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a bildiriblər ki, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z.Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600