Home / Aktual / Çikaqoda İllinoys-Azərbaycan Forumu keçiriləcək

Çikaqoda İllinoys-Azərbaycan Forumu keçiriləcək

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə bu il aprelin 4-5-də ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən olan Çikaqo şəhərində birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.

Forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı bizneslərini bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq olunan yeni metodlarla tanışlıqdır.

Forum çərçivəsində İllinoys ştatına Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan şirkətlərdən ibarət ticarət missiyasının təşkili nəzərdə tutulur. Bütün maraqlı fiziki və hüquqi şəxslər https://www.agroforum.us/ saytında forumun proqramı ilə tanış ola bilər və qeydiyyatdan keçməklə ticarət missiyasına qoşula bilərlər.

İkigünlük proqram çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələrinin İllinoys ştatının aparıcı istehsal müəssisələrində, ferma və tədqiqat mərkəzlərində, eləcə də gübrə və protein istehsalı sahələrində olmaları nəzərdə tutulur.

Forum Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi, Birləşmiş Ştatların Bakıdakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, Global Chamber, John Deere və Dentons şirkətlərinin tərəfdaşlığı və BrandBuild şirkətinin media tərəfdaşlığı ilə təşkil olunacaq.

Birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatasının Azərbaycanın ABŞ ştatları ilə biznes və ticarət əlaqələrinin genişləndirilməsi proqramı çərçivəsində təşkil edilir.

Qeyd edək ki, İllinoys ştatı ABŞ-ın aparıcı 10 kənd təsərrüfatı ştatı sırasındadır. Ştatın torpaq ərazisinin 75 faizini əkin sahələri təşkil edir. Ştatın yalnız kənd təsərrüfatı məhsullarının satışından illik gəliri 19 milyard ABŞ dolları həcmindədir.

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600