Home / Aktual / Dağıstanda Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlanıb

Dağıstanda Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlanıb

Dərbənddə inşaat ərazisində üç azərbaycanlının ölümünün səbəbləri məlum olub. DiasporNews xəbər verir ki, Rusiyanın Dağıstan Respublikası üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər.

İstintaq müəyyən edib ki, onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600