Home / Aktual / Dağıstanda itən azərbaycanlı gəncin meyiti tapıldı

Dağıstanda itən azərbaycanlı gəncin meyiti tapıldı

Rusiya Federasiyası Dağıstan Respublikasında itkin düşən azərbaycanlı gəncin meyiti yaxınları tərəfindən dəniz kənarında tapılıb.

Open.az-ın əldə etdiyi məlumata görə, Rusiya vətəndaşı, 1990-cı il təvəllüdlü, Dağıstanın Kaspiyskiy rayon sakini Fərəcov Sultan Əli oğlu sentyabrın 10-da yaşadığı rayonda itkin düşüb, onunla əlaqə kəsilib.

Bir müddət sonra isə onun meyiti rayon ərazisində Xəzər dənizi sahilində tapılıb. Meyit dənizdən dalğalar sayəsində sahilə düşüb. İlkin ehtimala görə, onun öldürüldüyü və dənizə atıldığı məlum olub.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600