Home / Aktual / “Daily Mail” Sofiyanın Azərbaycan səfərindən yazıb

“Daily Mail” Sofiyanın Azərbaycan səfərindən yazıb

Dünyanın məşhur “Daily Mail” informasiya agentliyində Sofiya robotunun Azərbaycan səfərinə dair məlumat dərc olunub. 

DiasporNews xəbər verir ki, Sofiya robotu dünya turu çərçivəsində Prezident İlham Əliyevlə görüşündən öncə Bakı Beynəlxalq Hava Limanında qısa müddət ərzində “ASAN xidmət” tərəfindən ilk dəfə elektron viza ilə təmin edilib.

Vurğulanıb ki, elektron hökümət platforması olan “ASAN xidmət” tərəfindən İmişlişəhərində yaradılan yeni mərkəzin açılışı zamanı Sofiya robotu Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı Sofiya Prezident İlham Əliyevlə söhbət edib. O, bu görüşdən məmnunluğunu və Azərbaycanın onu valeh etdiyini bildirib.

Prezident İlham Əliyev söhbət zamanı Sofiyanın sıx iş rejiminə baxmayaraq Azərbaycan səfərindən məmnun olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, onunla birlikdə yeni ASAN mərkəzinin açılışında iştirak edir. Bunun innovasiya olduğu və müasir dövlət quruculuğunda niyyəti və gücü əks etdirdiyi vurğulanıb.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600