Home / Aktual / Daşkənddə Müslüm Maqomayevin xatirə gecəsi keçirilib

Daşkənddə Müslüm Maqomayevin xatirə gecəsi keçirilib

Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümü ilə əlaqədar Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Rus Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə xatirə gecəsi keçirilib. Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin binasında keçirilən tədbirdə hər iki mərkəzin, eləcə də digər mədəniyyət qurumlarının rəhbərləri, üzvləri, Daşkənddə yaşayan soydaşlarımız iştirak ediblər.

İştirakçılar əvvəlcə böyük sənətkarın həyat və fəaliyyəti, eləcə də ümummilli lider Heydər Əliyev ilə görüşlərini əks etdirən fotosərgi ilə tanış olublar. Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat verərək deyib ki, böyük sənətkar nəinki Azərbaycanda, bütün dünyada tanınır və sevilir.

Rus Mədəniyyət Mərkəzinin sədri Aleksandr Aristov bildirib ki, Müslüm Maqoma-yevin mahnılarını bütün millətlər və xalqlar özününkü kimi qəbul edir. Ona görə də sənətkarın mahnıları insanları və xalqları birləşdirir. Konsert müğənni Valeri Klimovun ifasında “Azərbaycan” mahnısı ilə başlayıb. Sonra Salix Absalamov müəllifi olduğu və böyük sənətkara həsr etdiyi “Azərbaycan sevgi diyarıdır” mahnısını ifa edib. Konsertdə Ulyana Semyonovanın, Roman Muravlevin və başqalarının ifasında M.Maqomayevin mahnıları sələndirilib.  İfaçılara Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin fəxri fərmanları təqdim olunub.

DiasporNews

Check Also

Almaniyada Koordinasiya Şurasının ilk iclası keçirilib

Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən  DiasporNews-a verilən xəbərə …