Home / Aktual / Dövlət Proqramı ilə təhsil alanların elektron bazaları təkmilləşdiriləcək

Dövlət Proqramı ilə təhsil alanların elektron bazaları təkmilləşdiriləcək

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan şəxslərlə bağlı mövcud elektron bazalar mütəmadi olaraq təkmilləşdiriləcək və onlardan istifadə imkanları (elektron arayışlar, elektron sənəd dövriyyəsi və s.) genişləndiriləcək.

Müvafiq Dövlət Proqramında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan məsələlər üzrə icraçı orqanlar kimi müəyyən edilib.

Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunub.

DiasporNews

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600