Home / Aktual / Duda Polşada ən çox etimad qazanmış siyasətçidir

Duda Polşada ən çox etimad qazanmış siyasətçidir

Polşa Prezidenti Ancey Duda bu ölkənin ən çox etimad qazanmış siyasətçisi olaraq qalır. CBOS qurumu tərəfindən aparılmış yeni rəy sorğusunda iştirak edənlərin 62 faizi Prezidentə etimad bəslədiklərini bildirib.

Bu göstərici bir ay əvvəl aparılmış analoji sorğunun nəticələri ilə müqayisədə 5 faiz azalıb. Eyni zamanda, Prezident Dudaya etimad bildirməyən respondentlərin sayı 3 faiz artaraq 26 faizə çatıb. Rəyi soruşulanların 9 faizi Prezident barədə heç bir fikir söyləməyib.

Baş nazir Mateuş Moravetskiyə etimad bəsləyənlərin sayı bir ay əvvəlki rəy sorğusunun nəticələri ilə müqayisədə 3 faiz artaraq 55 faizə çatıb. Respondentlərin 28 faizi Moravetskiyə etimad bəsləmədiklərini bildirib.

DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600