Home / Aktual / Eməni mafiyası Almaniyada fəaliyyətdədir -42 şübhəli

Eməni mafiyası Almaniyada fəaliyyətdədir -42 şübhəli

Federal hökumət erməni cinayətkarların Almaniyada fəaliyyətdə olduğunu təsdiq edir. Bu, Bundestaqda solçuların tələbi ilə Federal hökumətin verdiyi cavabdan görünür. Bununla, hökumət “Spiegel” qəzeti və “MDR” televiziya kanalının apardığı araşdırmanı təsdiq edir və eyni zamanda “qanuni oğru” adlandırılan dəstənin bütün ölkədə fəaliyyət göstərdiyini qeyd edir. Bununla bağlı Almaniyanın “Tagesspiegel” qəzeti məlumat yayıb. 

Bildirilir ki, hökumətin verdiyi məlumata əsasən, Federal Cinayət Polisi İdarəsi və 6 dövlət agentliyi 42 nəfərə qarşı 14 istintaq işi başladıb. Bu günə qədər Türingiya erməni mafiyasının məskəni olub. Sənəd siyasi cəhətdən əlverişsiz zamanda çıxıb, çünki 1 fevral tarixində Ermənistanın baş naziri Nikol Paşinyan Berlində kansler və Federal Prezidentlə görüşüb. 

Məlumatda qeyd olunur ki, erməni cinayətkarlar çirkli pulların yuyulmasında, zorakılıqda, saxtakarlıqda şübhəli bilinirlər. Belə ki, bu günə qədər cəmi 1 nəfər məsuliyyətə cəlb olunub. 

Qəzet yazır ki, bir neçə gün əvvəl Türingiyada ticarətçi olduğu iddia edilən erməni əsilli şəxslərə verilən həbs qərarı ləğv edilib. Federal hökumət ilkin araşdırmalarda Ermənistanın Almaniyadakı səfirinin şübhəli olmadığını iddia edir. Lakin eyni zamanda bunu da qeyd edir: “Ermənistanın səfiri 19 dekabr 2017-ci ildə Federal DİN-də qonaq olub. Görüş səfirin tələbi əsasında baş tutdu. Federal hökumət məxfi görüş haqqında heç bir məlumat verməyib”. 

Ekspertlər səfirin ittihamlara qarşı özünü müdafiə etmək istəməsindən şübhələnirlər. Federal Cinayət Polisi İdarəsi, eyni zamanda Ermənistanın səfirliyinin yerləşdiyi Berlində ermənilərin rəhbərlik etdiyi məhkəmə araşdırması da aparıb. Səfirliyin əməkdaşlarının cəlb olunması ehtimalı ilə bağlı əlamətlər dolayı yolla polis mərkəzinin məktubundan çıxarılıb: “Ermənistanın səfirliyində çalışan hər kəsin diplomatik statusu yoxdur və buna görə də araşdırmaçı orqanlara açıq şəkildə ifadə edilmədiyi təqdirdə bu faktın qəbul edilməyəcəyi qeyd edilməlidir”. 

DiasporNews


Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600