Home / Aktual / Ermənistanla qarşılaşacaq millimizin heyəti bəlli oldu

Ermənistanla qarşılaşacaq millimizin heyəti bəlli oldu

Bu Gürcüstanın Batumu şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 5-ci turu çərçivəsində oyunlar baş tutacaq.

DiasporNews xəbər verir ki, kişilərdən ibarət milli komandamız Ermənistanla qarşılaşacaq. Artıq komandaların heyətləri və rəqiblər də bəllidir. Qadın millimiz isə Yunanıstan yığmasına ilə üz-üzə gələcək.

Komandaların heyətləri:

Ermənistan – Azərbaycan

Levon Aronyan – Şəhriyar Məmmədyarov

Qabriel Sargissyan – Teymur Rəcəbov

Qrant Melkumyan – Arkadi Naydiç

Hayk Martirosyan – Rauf Məmmədov

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.

Yunanıstan – Azərbaycan

Anna-Mariya Botsari – Zeynəb Məmmədyarova

Stavrula Tsolakidu – Xanım Balacayeva

Anastasiya Avramidu – Gülnar Məmmədova

Haritomeni Markantonaki – Ülviyyə Fətəliyeva

Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edəcək.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq

 

DiasporNews 

Check Also

Azərbaycanda ekspert oğlunun adını Neymar qoydu

Azərbaycanda yeni doğulan körpəyə braziliyalı ulduz futbolçunun adı qoyulub.Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Facebook” hesabında …

160*600