Home / Aktual / “France3” telekanalında Azərbaycana həsr edilən veriliş yayımlanıb

“France3” telekanalında Azərbaycana həsr edilən veriliş yayımlanıb

Fransanın “France3” telekanalında yayımlanan “Avenue de l’Europe” verilişinin növbəti buraxılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bu xüsusda Azərbaycanın oynadığı vacib rola həsr edilib.

Reportajda müəllif Azərbaycanın reallaşdırdığı nəhəng “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını və bu məsələdə qitənin asılılığının azaldılmasına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb.

Vurğulanıb ki, ümumi uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin dəyəri 45 milyard avro qiymətləndirilir. Qitələri birləşdirəcək, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək İtaliyayadək uzanacaq qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir.

Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə diqqət çəkən müəllif bildirib: “Bu, elə əhəmiyyətli layihədir ki, Avropa İnvestisiya Bankı onun həyata keçməsi üçün tarixinin ən böyük kreditlərindən birini ayırıb”.

DiasporNews

Check Also

Ukraynada Azərbaycan diasporunun birgə fəaliyyəti müzakirə edilib

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Diasporla …