Home / Aktual / Gənclərimiz Tbilisidə festivalda iştirak ediblər

Gənclərimiz Tbilisidə festivalda iştirak ediblər

Gürcüstanda qeyd olunan “Tolerantlıq həftəsi” çərçivəsində Tbilisidə Nodar Dumbadze adına Dövlət Peşəkar Kukla Teatrında ənənəvi “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festival keçirilib.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı və BMT-nin Gürcüstan Assosiasiyasının dəstəyi ilə keçirilən tədbir əsasən milli azlıqların nümayəndələri üçün reallaşdırılıb.

Artıq onuncu dəfədir ki, qeyd olunan tədbirdə Gürcüstanda yaşayan müxtəlif etnik azlıqları təmsil edən, o cümlədən azərbaycanlı gənclər milli musiqi və rəqslərlə çıxış ediblər.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin şöbə müdiri Tina Qoqeliani Beynəlxalq Tolerantlıq Günü münasibətilə festival iştirakçılarını təbrik edib, festivalın əhəmiyyətindən danışıb, gənclərin nümayiş etdirdikləri nömrələri yüksək qiymətləndirib.

Tədbirdə BMT-nin Gürcüstan Assosiasiyasının Tolerantlıq, Sosial Məsuliyyət və İnteqrasiyaya Dəstək Proqramının (PITA) rəhbəri Laşa Cuğeli, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müşaviri Ayaz Məmmədov, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …