Home / Aktual / Generallar birgə protokol imzaladılar

Generallar birgə protokol imzaladılar

Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşü başa çatıb. 

DiasporNews xəbər verir ki, əvvəlcə açıq keçirilən, daha sonra qapalı formada davam etdirilən müzakirələrin sonunda protokol imzalanıb.

Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia imzalayıb.

DiasporNews

Check Also

Vaşinqtonda Parlamentin 100 illiyi qeyd edilib – FOTOLAR

ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil …