Home / Aktual / Həmrəylik Günü Berlində qeyd edilib – FOTOLAR

Həmrəylik Günü Berlində qeyd edilib – FOTOLAR

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 21 dekabr 2018-ci il tarixində Berlin şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə Planlar və Perspektivlər adlı tədbir keçirilib. DiasporNews xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev tədbirdə giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlarını təbrik edib. Y.Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb.

O tədbirin keçirilməsinə dəstəyinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinə öz təşəkkürünü ifadə edib. Y.Musayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəliyə çağırıb.

Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli filmi haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən “Son iclas” filmi tədbirdə nümayiş olunub və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı müğənni və musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları ifa edilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub. Almaniyada yaşayan həmvətənlərimiz, Almaniya ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları tədbirdə iştirak ediblər.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …