Home / Aktual / Həmrəylik günü Misirdə qeyd olunub

Həmrəylik günü Misirdə qeyd olunub

Ölkəmizin Misirdəki səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib. Misirdə yaşayan həmvətənlərimizin iştirakı ilə keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Səfirliyin müşaviri Azər Abbas çıxış edərək Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına müraciətini və təbrikini diqqətə çatdırıb.

Müşavir Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli filmi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film Şərqin ilk demokratik respublikasının kəşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Sonra “Son iclas” bədii filmi nümayiş olunub. Sonda milli musiqi nümunələrimiz səsləndirilib və iştirakçıların şərəfinə ziyafət verilib.

DiasporNews

Check Also

Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi …

160*600