Home / Aktual / Həştərxanda baş verən qəzada iki azərbaycanlı öldü

Həştərxanda baş verən qəzada iki azərbaycanlı öldü

Rusiyanın Həştərxan vilayətində dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. DiasporNews Rusiya mətbuatına istinadən xəbər verir ki, “Toyota Camry” markalı avtomobillə “Scoda Fabia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Scoda Fabia” markalı avtomobil yanıb və dörd nəfər ölüb. Hadisə nəticəsində ölən 4 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır. Bunlar “Toyota”nın sürücüsü və sərnişini olan 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşları, eləcə də “Skoda”nın 1997-ci il təvəllüdlü sürücüsü və Həştərxan sakini olan 22 yaşlı sərnişindir.

İlkin məlumata görə, qəzaya səbəb “Toyota Camry” maşının qarşı yola çıxması olub. Faktla bağlı araşdırma aparılır.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600