Home / Aktual / İdmançımız erməniləri udaraq Avropa çempionu oldu

İdmançımız erməniləri udaraq Avropa çempionu oldu

Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
DiasporNews xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Əli Zamanov ardıcıl olaraq, ermənistanlı Hayk Alaberkyan, rusiyalı Eduard Voskanyan və bolqarıstanlı Krasimir Churova qalib gələrək yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub – 4:1.

Həlledici görüşdə İngiltərə boksçusu Jo Makqrail ilə qarşılaşan həmyerlimiz bu döyüşdə də inamlı qələbə qazanıb. Əməkdar məşqçi Fərid Mayılovun yetirməsi rəqibindən 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə üstün olub.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600