Home / Aktual / İngiltərə Azərbaycandan dəstək istədi

İngiltərə Azərbaycandan dəstək istədi

İngiltərə Futbol Assosiasiyası (FA) 2030-cu il dünya çempionatının təşkilatçılığı uğrunda mübarizədə dəstək almaq üçün AFFA-ya müraciət edib.

“Report”un “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı FA sədri Qrek Klark Azərbaycanda səfərdə olub. Onun müraciətinin çox yaxşı qarşılandığı bildirilir.

Bunadək İngiltərə 2006 və 2018-ci il dünya çempionatlarına namizədliyini versə də, qələbə qazana bilməyib. Bu dəfə FA xüsusən kiçik ölkələrin dəstəyini almaqla, istəyinə çatmağı hədəfləyib. Klark Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyaya həmsərhəd olan digər ölkələrdə də olub.

Qeyd edək ki, İngiltərə indiyədək yalnız 1966-cı il dünya çempionatını təşkil edib. Həmin mundialın qalibi elə bu ölkə olub. DÇ-2018 hazırda Rusiyada keçirilir, DÇ-2022 Qətərdə, DÇ-2026 isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Qalib ölkə FİFA-ya üzv 211 ölkə arasında səsvermə nəticəsində müəyyənləşir.

DiasporNews

 

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600