Home / Aktual / İnterpolun axtardığı azərbaycanlı Rusiyada saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Rusiyada saxlanıldı

 Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb. DiasporNews xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb. ​Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600