Home / Aktual / İsmayıl Zalov növbəti rəsmi səfərə gedir – VİDEO MÜSAHİBƏ

İsmayıl Zalov növbəti rəsmi səfərə gedir – VİDEO MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, İsrail-Azərbaycan Respublikaları üzrə Hüquq Eksperti İsmayıl Zalov yaxın günlərdə İsrailə rəsmi səfərə gedəcək.

DiasporNews Tv8.az saytına istinadən xəbər verir ki, cənab Zalov səfər çərçivəsində bir-neçə önəmli görüşlər keçirəcək ki, bunlardan biri də İsraillə Azərbaycan arasında turizm sektoruna yeniliklər gətirmklə bağlı olacaq. Belə ki, hər zaman cənab prezident ölkəyə turist axının atrırmaq üçün verdiyi tapşırıqlara uyğun olaraq, İsrail – Azərbaycan Respublikaları üzrə Hüquq Eksperti İsmayıl Zalov da bu səfərdə ölkə başçısının çağırışına uyğun addımlar atmağı planlaşdırır. TV8.Az internet televiziyasına verdiyi müsahibədə cənab Zalov bildirib ki, atılacaq addımlardan sonra yaxın zamanda Azərbaycana İsraildən daha çox turist gələcək ki, bu da çiçəklənən Azərbaycanın iqtisadiyyatına öz töhvəsini verəcək. Onu da bildirək ki, bu plan təkcə Azərbaycana turist axınını artırmaqla yanaşı, həm də, İsrail dövlətinə də vətəndaşlarımızın rahat getməsini reallaşdıracaq. Bu sahədə olan əsas çətiliklərdən biri olan viza məsələsinə də münasibət bildirən İsrail-Azərbaycan Respublikaları üzrə Hüquq Eksperti İsmayıl Zalov qeyd edib ki, Azərbaycan hər zaman hüquqi məsələlərdə qabaqcıl ölkələrdən biri olub və inanırıq ki, istirahət etmək üçün getmək istəyən turistlərə heç bir viza və digər sahələrdə problem olmayacaq, necə ki, indiyə qədər olmayıb.

Qeyd edək ki, səfər çərçivəsində İsmayıl Zalovla yanaşı cənab Zalovun ictimai-siyasi məsələlər üzrə müavini cənab İlham Kərimov və ticarət departamentinin rəhbəri Rafael Hacıyev müşaiyət edəcəkdir.

Cənab İsmayıl Zalovun müsahibəsini sizə təqdim edirik:

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …