Home / Aktual / İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, 20 yanvara həsr olunan fotoşəkillər və plakatlar nümayiş olunub. Azərbaycan mədəniyyət evinin direktoru Yeganə Salman və Azİz təşkilatının Qüds şəhərindəki rəhbəri Aleksandr Aqranovkiy tədbirdə cıxış edərək azərbaycanlılara qarşı törədilmiş müsibətlərdən bəhs ediblər.

Qeyd olunub ki, biz Azərbaycanın hər zaman yanındayıq və hər birimiz 1990-cı ilin yanvar hadisələrini və yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəni daim xatırlayırıq. Onlarla insanın ölümü və yaralanması iıə müşaiyyət olunan bu hadisə Azərbaycan tarixinin qanlı səhifəsidir. Eyni zamanda, həm də mütəqillik uğrunda qəhrə¬manlıq dastanıdır. Anım tədbirində 20 Yanvar gününün Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd olunmasından da danışılıb və o müdhiş gecənin qurbanları arasında yəhudilərin də olduğu bir daha diqqətə çatdırılıb.

Bildirib ki, Qara Yanvar hadisələrində 22 yara alan Yan Meyeroviç, 17 yaşlı gənc Vera Besantina və insanları xilas etməyə çalışan həkim Aleksandr Marhevkanın xatirəsi heç zaman unudulmayacaq və hər zaman qəlbimizdədir.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600