Home / Aktual / İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Türkiyənin İstanbul şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə mərasim keçirilib. Üsküdar rayon bələdiyyəsinin dəstəyi ilə Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan mərasimdə İstanbulda yaşayan və çalışan soydaşlarımız, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə İSTAD-ın sədri Səfər Qaraqoyunlu Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixindən danışıb. Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsin¬də Azərbaycan xalqı öz azadlığını qoruya bilib. Məhz, bunun sayəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixdə ən yüksək zirvəyə qədəm qoyub.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı fəaliyyətləri ilə fərqlənən bəzi şəxslərə İSTAD-ın mükafat və hədiyyələri təqdim olunub. Tədbir bədii proqramla davam edib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600