Home / Aktual / İsveçrədə 20 Yanvara həsr olunan poçt markası buraxılıb

İsveçrədə 20 Yanvara həsr olunan poçt markası buraxılıb

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb. Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən DiasporNews-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600