Home / Aktual / “İtaliyadan Azərbaycana baxış” kitabının təqdimatı olub

“İtaliyadan Azərbaycana baxış” kitabının təqdimatı olub

İtaliyanın “LUMSA” Universitetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri jurnalist Domeniko Letizianın müəllifi olduğu “İtaliyandan Azərbaycana baxış” (Uno sguardo dell’Italia sull’Azerbaigian) adlı kitabın təqdimatı keçirilib. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən DiasporNews-averilən xəbərə görə, “Antonio Stango” nəşriyyat evi tərəfindən nəşr edilmiş kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi; Azərbaycanının iqtisadi inkişafı, İtaliya və Azərbaycan arasında əlaqələr; Azərbaycanın multikulturalizm modeli və Azərbaycanda gender barəbarəliyi mövzularında İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuş məqalə və müsahibələrinin toplusundan ibarətdir. Tədbiri giriş sözü ilə açan LUMSA Universitetinin rektoru professor Francesko Bonini tədbir iştirakçılarını salamlayaraq, sözügedən kitabın təqdimatının rəhbərlik etdiyi universitetdə keçirilməsindən məmnunluğunu bildirib.

Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin təşkilinə görə İtaliyanın LUMSA Universitetinin rəhbərliyinə, habelə müəllifə öz təşəkkürünü bildirib. Bu kimi tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması, ölkəmizin İtaliya ictimaiyyətinə yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb, habelə kitabda ölkəmizlə bağlı əks olunmuş mövzular barədə danışıb. Azərbaycan və İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat, ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə yüksələn xəttlə inkişaf etdiyini bildirib. İtalyan jurnalist Domeniko Letiziya son illərdə Azərbaycanla bağlı müxtəlif mövzular üzrə apardığı tədqiqatlar, ölkəmizə bir neçə dəfə həyata keçirdiyi səfərlərdən danışıb, indiyə qədər dərc olunmuş yazılarını bir kitab formasında italyan oxucularına təqdim etməkdən məmnun olduğunu söyləyib. D.Letiziya Azərbaycanda multikulturalizm ənənələrindən heyran olduğunu və bunun bütün dünya üçün nümunə olduğunu deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif BMT TŞ-nın məlum qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olduğunu bildirərək, hərbi işğal vaxtı dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı barədə məlumat verib. Azərbaycan-İtaliya əməkdaşlığına da toxunan müəllif, Azərbaycanı İtaliya üçün önəmli tərəfdaş kimi xarakterizə edib, əlaqələrin daha da inkişafı üçün mövcud potensialdan danışıb. Elmi-akademik, mədəniyyət dairələrinin və LUMSA Universitetinin tələbə müəllim heyətinin iştirak etdiyi tədbirdə, həmçinin kitabın redaktoru Antonio Stanqo və universitetin professoru Orta Şərq və Aralıq Dənizi araşdırmaları kursunun rəhbəri Franz Martinelli də çıxış edib.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600