Home / Aktual / İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək

İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək

Noyabrın 20-21-də Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İzmir şəhərində TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək. TÜRKPA-dan DiasporNews-a bildiriblər ki, plenar iclasdan əvvəl Assambleya Şurasının iclası baş tutacaq, sədrlik Qırğızıstan Respiblikası Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil veriləcək.

Noyabrın 21-də plenar iclas çərçivəsində TÜRKPA-nın 10 illiyinə həsr edilmiş “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: Yeni yanaşmalar” adlı beynəlxalq konfrans keçiriləcək.

Üzv ölkələrin parlament sədrləri, o cümlədən türkdilli ölkələrin əməkdaşlıq qurumları və beynəlxalq təşkilatlar tədbirdə iştirak edəcəklər.

İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının sonuncu iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA beynəlxalq müşahidəçi missiyalarının Türkiyədə keçirilən prezident və parlament seçkilərini və Azərbaycanda keçirilən prezident seçkiləri haqqında hesabat məruzələri daxildir.

Plenar iclasın yekununda İzmir bəyannaməsi qəbul ediləcək.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …