Home / Aktual / Kiyevdə azərbaycanlının meyiti tapıldı

Kiyevdə azərbaycanlının meyiti tapıldı

Ukraynanın paytaxtı Kiyevdə avtomobildə Azərbaycan vətəndaşının meyiti tapılıb.

DiasporNews Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt sakinləri BMW markalı avtomobildə sükar arxasında əyləşən adamın uzun müddət tərpənmədiyinə diqqət ediblər.

Məlum olub ki, kişi öləndən sonra bir sutka avtomobildə qalıb. Meyitin üzərində zorakılıq əlamətləri olmasa da, ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.

DiasporNews

 

Check Also

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu …