Home / Aktual / Kiyevdə xarici vətəndaşlar “Azərbaycan” şeirini söyləyiblər

Kiyevdə xarici vətəndaşlar “Azərbaycan” şeirini söyləyiblər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycanı dünyada tanıtmaq məqsədilə layihə həyata keçirilib.

Layihəyə əsasən Kiyevdə xarici vətəndaşlar Azərbaycanın tanınmış şairi Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyiblər. Videoçarxda Konqo, Çin, Ekvador, Fələstin, Ukrayna, Belarus, Moldova, İraq, Türkiyə və digər ölkələrin vətəndaşları yer alıblar.

Kiyevdə Azərbaycanla bağlı layihənin geniş təqdimatı olacaq.

 

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600