Home / Aktual / Kolumbiyalı jurnalistlərə Azərbaycan haqqında məlumat verilib

Kolumbiyalı jurnalistlərə Azərbaycan haqqında məlumat verilib

Azərbaycan Respublikasının Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.

Görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər və mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib. Tədbirdə Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlər iştirakçılara paylanılıb.

Sonra nümayiş olunan “Hidden Cities Revealed: Baku” və “Objetivo Baku” sənədli filmlər böyük maraqla izlənilib. Televiziya təmsilçiləri ölkəmiz barədə sənədli film hazırlamaq arzusunda olduqlarını bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600