Home / Aktual / Latviya XİN-də Qarabağ münaqişəsi müzakirə olunub

Latviya XİN-də Qarabağ münaqişəsi müzakirə olunub

Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Toyvo Klaar ilə görüşüb. Görüşdə Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı məsələlər, həmçinin Cənubi Qafqaz regionunda münaqişələr müzakirə olunub.

T.Klaar 9-10 sentyabr tarixlərində aparılmış Cenevrə danışıqları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqqında məlumat verib.

Latviyanın dövlət katibi Cənubi Qafqaz regionunda münaqişələrin həlli istiqamətində tərəqqiyə nail olunmasında Aİ-nin xüsusi nümayəndəsinin səylərinə dəstəyini ifadə edib.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600