Home / Aktual / Litva nəşri Dağlıq Qarabağdan yazdı

Litva nəşri Dağlıq Qarabağdan yazdı

Litvanın “Lietuvos aidas” nəşrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri bağlı məqalə dərc olunub.

Məqalədə Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğu qeyd edilir, Ermənistan-Azərbaycan münaqişəsinin son dövrlərin ən ağır faciələrindən biri olduğu bildirilir. Yazıda qeyd olunur ki, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, minlərlə insan həyatını itirib. Bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan da bəhs olunur. Bildirilir ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən danışıqlar hələ də heç bir nəticə verməyib. Yazıda Xocalı soyqırımı və tarixi Azərbaycan torpaqları ilə bağlı fotoşəkillər də yer alıb.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …