Home / Aktual / Məmmədyarov erməni həmkarı ilə Parisdə görüşəcək

Məmmədyarov erməni həmkarı ilə Parisdə görüşəcək

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə yanvarın 16-da Parisdə görüş keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a bildiriblər ki, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …