Home / Aktual / “Made in Azerbaijan” Sial Paris sərgisində

“Made in Azerbaijan” Sial Paris sərgisində

Azərbaycan Kənd Təsərrüfatı Naziri İnam Kərimov “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib. Nazir “Made in Azerbaijan” adlı vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub. Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin nəticəsində aqrar sektor, aqrar sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. SİAL beynəlxalq ərzaq sərgisində iştirakımız bu inkişafın bariz nümunəsidir, eyni zaman da Prezidentimizin həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. Azərbaycanın SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirakı sevindirici haldır. Bu bir daha ölkəmizə olan marağı əks etdirir.

“Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz sərgidə iştirak edir. 300 çeşiddə məhsul nümayiş etdirən şirkətlərimizin məhsullarına elə ilk gündən böyük maraq göstərilməsi bizi çox sevindirir. Bəzi şirkətlərimiz hətta ilkin alıcılarını taparaq, müəyyən razılığa gəliblər. Bu sərgi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır”-deyə nazir qeyd edib.

Nazir İnam Kərimov əminliyini bildirib ki, sərgi çərçivəsində şirkətlərimiz potensial müştərilərlə müvafiq müqavilələr imzalayacaq. Bu isə gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalına dəstək, kənd təsərrüfatı sənayesinin inkişafına böyük töhfə verəcəkdir.

Bildirib ki, bu gün Azərbaycan məhsullarına olan maraq, növbəti sərgidə iştirak edəcək şirkətlərimizin sayının daha da artmasına xidmət edəcək.

Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çirkətlərimiz SİAL Paris beynəlxalq ərzaq sərgisinə qoşulublar.

Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar. SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600