Home / Aktual / Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində xalqımızın milli dövlətçilik tarixində özünəməxsus rolu olan 17 noyabr – Milli Dirçəliş Günü qeyd olunub.

Muzeyin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Tbilisi və Kutaisi şəhərlərinin məktəbliləri, musiqi kollektivləri iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Milli Dirçəliş Günü barədə məlumat verib.

Çıxışlardan sonra “Pirimze” ansamblı, “Ceyran” rəqs qrupu və Muzeyin nəzdində fəaliyyət göstərən “Meydan” musiqi kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər. Sonda iştirakçıların bir qisminə Təşəkkürnamələr təqdim edilib.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600