Home / Aktual / Misir qəzetinin portalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı geniş məlumat verilib

Misir qəzetinin portalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı geniş məlumat verilib

Ərəb dünyasının nüfuzlu media qurumlarından biri olan “Əl-Əhram İnternational” qəzetinin portalında Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.

Diaspornews xəbər verir ki, müsahıbədə S.Nəsirov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı geniş məlumat verib və Azərbaycanın demokratik dövlət quruculugundakı ugurlarından bəhs edib. Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salan diaspor rəhbəri müsəlman Şərqinin ilk demokratik respublikasının xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb, ölkəmizlə yanaşı, dünyanın hər yerində davam edən yubiley tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, tədbirlərin təntənəli keçirilməsində, Cümhuriyyətin yaranma tarixi və o dövrdə görülən işlərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında Azərbaycan diasporu əvəzsiz rol oynayır. S.Nəsirov 1991-ci ildə Azərbaycan xalqını yenidən müstəqillik qazanandan sonra üzləşdıyı çətinliklərdən xilas edən ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və onun yolunu davam etdirən Prezident İlham Əliyevin müdrik siyasətindən, ölkəmizin bu gün regionda ən güclü dövlətə çevrilməsindən söhbət açıb.

Böyük sərvətləri olan Azərbaycanın əsrlər boyu hegemon ölkələr tərəfindən işğallara məruz qaldığını bildirən S.Nəsirov öz müstəqilliyini tələb edən Azərbaycan xalqına qarşı törədilən 20 yanvar faciəsi barədə də ətraflı məlumat verib.

Diaspor rəhbəri, həmçinin ərəb mənbələrinə istinad edərək Bakı neftinin ikinci dünya müharibəsindəki qələbədə əvəzsiz rolunu qeyd edib. O, Misirlə Azərbaycanın tarixi-mədəni əlaqələrindən söhbət açaraq, hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Diaspornews.az

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600