Home / Aktual / Mlli atçılıq mədəniyyətimizin London təntənəsi – FOTOLAR

Mlli atçılıq mədəniyyətimizin London təntənəsi – FOTOLAR

Cari ilin dekabr ayının 17-23 tarixlərində Böyük Britaniyanın paytaxtında ənənəvi olaraq təşkil edilən və 111 illik tarixə malik “Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda Azərbaycan təmsil-çilərinin valehedici çıxışları tamaşaçıları riqqətə gətirib, ingilis at sevərlərinin qəlbində Azərbaycanın Qarabağ atlarının coşğusunu alovlandırıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən DiasporNews-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyev tərəfindən 2018-ci ilin avqust ayında “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş Azər Həmzəyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində və əzəmətli musiqimizin sədaları altında Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının möhtəşəm çıxışları “BBS red button” telekanalında canlı nümayiş etdirilmiş, atçılıq gündəminin, o cümlədən atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas mövzusuna çevrilib.

Londondakı tədbirin rəsmi internet səhifəsi olan “www.olimpiahor-seshow.com” saytında Azərbaycan atçılarının “Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou-proqramının izləyicilərin qəlblərini fəth edəcək çıxışlar kimi təqdim olunması təkcə tədbir təşkilatçı-larının deyil, bütün Britaniya at sevərlərinin füsünkar Qarabağ atlarına olan heyranlığının və məftunluğunun növbəti ifadəsi olub.

Odlar Yurdunun mədəni dəyərlərinin carçısı olmaqla, qərb sivilizasiyasının beşiyi olan London şəhərində şərq dünyasının qədimliyini və özünəməxsus gözəlliyini tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirində möhtəşəm şou-proqramın əsas hissəsi kimi təqdim edilməsi milli at cinslərimizin dünya miqyasında daha da məşhurlaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində milli atçılığımızın inkişafında önəmli nəticələrin əldə olunması, o cümlədən yeni atçılıq zavodlarının fəaliyyətə başlaması, atçılıq idmanı üzrə Azərbaycan təmsilçilərinin mühüm qələbələrə imza atmaları, təkcə 2018-ci ildə polo üzrə yüksək səviyyəli 2 beynəlxalq turnirin mükafatçıları sıralarında yer tutmaları, Çövkən kimi milli atçılıq oyunlarımızın inkişaf etdirilməsi, Böyük Britaniya taxt-tacının sahibi II Elizabetin doğum günü şərəfinə təşkil olunan atçılıq tədbirlərində Qarabağ atlarının artıq ənənə halını almış çıxışları, 2018-ci ilin may ayında keçirilmiş bu cür sonuncu tədbirdə Böyük Britaniya Kraliçasının məhz Qarabağ atlarının çıxışını izləmək üçün bir neçə dəfə tədbirə təşrif buyurması milli at cinslərimizin tanıdılması üzrə həyata keçirilən fəaliyyətin uğurlu nəticəsi olmaqla yanaşı, həm də Qarabağın Azərbaycanın əzəli və ayrılmaz hissəsi olmasının düşüncələrə həkk edilməsi üçün ciddi əhəmiyyət kəsb edir.

Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən “Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda 21 dekabrda 7 min-dən çox tamaşaçının günün birinci və ikinci yarısında 2 dəfə izlədiyi “Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou-proqram Böyük Britaniya aristokratiyasının və məşhurlarının da böyük marağına səbəb olmuş, keçirdikləri müsbət hisslərə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildiriblər.
















DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600