Home / Aktual / Moldova prezidenti Rövşən Muradovla görüşüb

Moldova prezidenti Rövşən Muradovla görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Moldovaya səfər edib. Mərkəzdən DiasporNews-a verilən xəbərə görə, səfər çərçivəsində Moldova prezidenti İqor Dodon qurumun baş katibi Rövşən Muradovu qəbul edib. Qəbul zamanı Mərkəzin fəaliyyəti, gələcək planları, Bakıda keçirilmiş VI Qlobal Forumla bağlı müzakirələr aparılıb. Mərkəzin Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Moldova prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son illərdə həyata keçirildiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. Təşkilatın qısa vaxt ərzində beynəlxalq əlaqələrini genişləndirməyə nail olmasının təqdirəlayiq olduğunu vurğulayıb. İ. Dodon Mərkəzin təşəbbüslərinin dünyada sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində xüsusi önəm kəsb etdiyini söyləyib.

Qəbul zamanı Moldova prezidentinə Mərkəzin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib, VI Qlobal Bakı Forumunun hesabatı təqdim olunub. Bildirilib ki, Mərkəzin fəaliyyətində əsas prioritetlərdən biri qlobal problemlərin həllinə xidmət edən ideya və təşəbbüslərin dəstəklənməsidir. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Moldova ilə əməkdaşlığa xüsusi önəm verir.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600