Home / Aktual / Monteneqro ilə hərbi əməkdaşlıq müzakirə olunub

Monteneqro ilə hərbi əməkdaşlıq müzakirə olunub

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak etmək üçün Bakıya səfərə gələn Monteneqronun müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a verilən məlumata görə, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğun ifadə edildiyi görüşdə vurğulanıb ki, Azərbaycan ilə Monteneqro arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Monteneqronun müdafiə nazirinin “ADEX 2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.

Monteneqronun müdafiə naziri isə öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600