Home / Aktual / “Mühafizəçi peşə fəaliyyətini yerinə yetirən jurnalistə qeyri-qanuni müdaxilə edərsə…” – Ekspert

“Mühafizəçi peşə fəaliyyətini yerinə yetirən jurnalistə qeyri-qanuni müdaxilə edərsə…” – Ekspert

Bir zamanlar əlçatmaz olsa da artıq bu gün hər yerdə mühafizə xidmətlərinə rast gələ bilirik.

Lakin mühafizə şirkətləri işçilərinə doğru nəzarət edirmi, doğru təlimatlandırırmı? Heç sirr deyil ki, mühafizə şirkətlərinin əməkdaşlarının-mühafizəçilərin özbaşına və neqativ hərəkətlərinə də rast gəlirik. Çox uzağa getməsək, bir neçə gün “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı yaxınlıqda yerləşən “Lotos” Ticarət Mərkəzinin mühafizəsini təşkil edən Gesco Mühafizə Şirkətinin əməkdaşının da kobudluğuna və qanunları kobud şəkildə tapdalamasına şahidlik etdik.

Belə ki, Gesco Mühafizə Şirkətinin əməkdaşı 27 mart tarixində Bizimyol.info-nun “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğını işıqlandıran əməkdaşına qarşı kobud davranışı, onu ərazidən uzaqlaşdırmaq istəməsi, kamerasına əl uzatması, onun peşə fəaliyyətinə mane olması bunun bariz nümunələrindəndir.

Bəs mühafizə şirkətləri işçilərinin fəaliyyətinə nəzarət edirmi, bu kimi hallarda qanunvericilik nəyi tələb edir?

Suallarımızı cavablandıran təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyir ki, mühafizəçinin mühafizə etdiyi obyektdən yalnız rəhbərliyinin tapşırığı əsasında çıxma ixtiyarı var, əks halda mühafizə olunan obyektdə baş vermiş hərhansısa bir hadisəyə görə məsuliyyəti məhz mühafizəçi daşıyır:

“Mühafizəçilərin iş prinsipi Qeyri-Dövlət özəl mühafizə fəaliyyəti haqqında qanunla tənzimlənir. Ümumiyyətlə mühafizəçi heç bir vacib zərurət yoxdursa, özündən yuxarı rəislərin icazəsi olmadan xidmətdə olduğu obyekti tərk edə bilməz. Təbii ki fosr-major hallar istisnadır. Əgər hər hansı bir fövqaladə hadisə yaxud cinayət tərkibli hadisə baş veribsə mühafizəçi təlimata uyğun davranış qaydalarına əsasən hərəkət etməlidir.

Mühafizə olunan obyektdən kənarda baş verən hadisələrə mühafizəçinin müdaxilə etməsi üçün gərək o qoruduğu obyekti tərk eləsin. Bu da ki yolverilməzdir. Ancaq rəhbərliyin icazəsi ilə obyekti tərk edə bilər. Əgər yaxınlıqda olan qonşu obyekdə hadisə baş veribsə, köməyə ehtiyyac varsa yuxarı rəislərin icazəsi ilə obyekti tərk edə bilər. Mühafizəçinin özbaşına obyekdən kənarda baş verənlərə müdaxilə etməsi bilərəkdən də təşkil oluna bilər və mühafizəçi ora yaxınlaşanda digər şəxslər obyekdə girər, oğurluq edər və ya digər cinayət tərkibli hərəkətlər edər. Ona görə mühafizəçinin obyekti tərk edib kənar hadisələrə müdaxilə etməsi yolverilməzdir”.

Mühafizəçilərin ticarət mərkəzində foto-video çəkilişi aparan vətəndaşlara, eləcə də jurnalistlərə müdaxiləsi nə dərəcədə qanunidir?

“Ümumiyyətlə mühafizəçilər üçün bir qayda var, onlar mühafizəsini təşkil etdiyi obyekdə foto-video çəkilişləri yalnız icazə əsasında aparılmasını təmin edirlər. Yəni icazəsiz foto-video çəkilişlərə icazə vermirlər. Lakin burda söhbət obyektin təyinatından gedir. Əgər ticarət mərkəzindən gedirsə söhbət burada vətəndaşların foto-video çəkilişi aparılmasında heç bir qanuna zidd hərəkət yoxdur. İnsanlar bura istirahətə, alış verişə gəlirlər və təbii ki, foto-video çəkilişləri də edirlər. Buna müdaxilə etmək olmaz. Lakin ticarət mərkəzinin administrasiya otağına daxil olub, mühasibatlığında və digər kommersiya otaqlarında çəkilişin aparılması təbii ki yolverilməzdir və mühafizəçi buna müdaxilə edə bilər. Jurnalistlərin peşə fəaliyyəti qanunla tənzimlənir. Əgər har hansı jurnalist özünü təqdim edib çəkiliş aparırsa ona nəinki mühafizəçinin heç kimin icazəsi yoxdur maneə yaratsın . Ən yaxşısı ona rahat şərait yaratmaq lazımdır ki, işini görsün”.

Elmar Nurəliyev deyir ki, əgər mühafizəçi jurnalistə peşə fəaliyyətinə mane olursa buna görə məsuliyyət daşıyır:

“Əgər mühafizəçi öz peşə fəaliyyətini yerinə yetirən jurnalistə qeyri-qanuni müdaxilə edərsə , ona çəkilişin aparılmasına əngəl yaradarsa təbii ki buna görə məsuliyyət daşıyır. Hətta elə hallarda olur ki, jurnalistə fiziki güc tətbiq edirlər, elindəki kamerani almağa və ya sındırmağa cəhd edirlər. Onu deyim ki, bunu bütün özəl mühafizə şirkətlərində işləyən mühafizəçilər bilməlidir ki, jurnalistin qanuni işinə müdaxilə edib ona fiziki güc tətbiq edən şəxlər nəinki şirkətin daxili qanunları ilə cəzalandırılır, onlar dövlətin qüvvədə olan qanunvericiliyi ilə məsuliyyətə cəlb oluna, ən əsası isə azadlıqdan məhrum edilə bilərlər. Unutmaq olmaz ki heç bir şirkətin daxili qayda qanunları , ola bilsin obyektin rəhbərliyinin tapşırığı, göstərişi ki, qoymayın jurnalist çəkiliş aparısın, döyün, alın əlindən kameranı kimi sözləri dövlətin qanunlarından üstün ola bilməz. Yəni size heç bir halda məsuliyyətdən azad edə bilməyəcək. Ona görə bu məsələyə biraz həssas yanaşmaq lazımdır”.

Ekspert əlavə edib ki, mühafizəçinin neqativ davranışlarına görə mühafizə şirkəti də məsuliyyət daşıyır:

“Baş verən hadisələrdə mühafizəçinin nəqativ davranışlarına görə mühafizəçinin işlədiyi, yəni mühafizə şirkəti də müəyyən məsuliyyət daşıyır. Ona görə ki onlar mühafizəçini ora göndərəndə onu təlimatlandırıb göndərir , o mühafizəçinin sərbəst əmək fəaliyyətinə başlamasına icazə verib və onun bütün hərəkətlərinə , davranışına və nizam-intizamına görə məsuliyyət daşıyır.Ona görə hesab edirəm ki mühafizə şirkətləri bir daha mühafizəçilərin fiziki , mənəvi və psxoloji hazırlıqlarına nəzər yetirməli və onların işlərinə daha peşəkar yanaşmaları üçün nəzarət mexanizmini gücləndirməlidir”.

Ümid edirik ki, Gesco Təhlükəsizlik Şirkəti əməkdaşının etdiyi kobudluğa görə müvafiq tədbir görəcək.

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600