Home / Aktual / Niderlandda Həmrəylik günü ilə bağlı tədbir təşkil olunub

Niderlandda Həmrəylik günü ilə bağlı tədbir təşkil olunub

Niderland Krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresi (BAK) Rotterdam şəhərində Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirib. Bayram tədbirini BAK-ın nəzdində Rotterdam və Amsterdam şəhərlərində fəaliyyət göstərən həftəsonu Ana dili məktəblərinin müəllim və şagirdləri təşkil edib. Tədbirdə, diaspor nümayəndələri ilə yanaşı, kiçik yaşlı soydaşlarımız iştirak edib.

Bayram tədbirində uşaqlar böyük həvəslə vətənpərvərlik ruhunda yazılmış şeirlər söyləyib, Azərbaycanın dövlət himni ilə yanaşı, “Əskər marşı “, “Can Azərbaycan” mahnılarını səsləndiriblər. Daha sonra tədbirə dəvət olunan Şaxta baba balacalara hədiyyələr verib, yolka ətrafında uşaqlarla rəqs edib.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600