Home / Aktual / Nyu-York radiosunda Rəşid Behbudovla bağlı veriliş olub

Nyu-York radiosunda Rəşid Behbudovla bağlı veriliş olub

Nyu-Yorkun məşhur “Davidzon Radio”sunun “Karavan” verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.
Ötən gün Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb. Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib. Həmçinin sənətkarın qızı Rəşidə Rəşid canlı telefon bağlantısı ilə efirdə atası ilə bağlı xatirələrini bölüşüb.
Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan “Karavan” verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.
DiasporNews

Check Also

DAP Dünya azərbaycanlılarını Tükriyədə bir araya gətirəcək

Dünya Azərbaycanlıları Platforması (DAP) tərəfindən 25 avqust-1 sentyabr tarixində Türkiyədə “Dünya azərbaycanlılarının türk həmrəyliyi” tədbiri …

160*600