Home / Aktual / Nyu-Yorkda “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

Nyu-Yorkda “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

Noyabr ayının 18-də ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək.

DiasporNews xəbər verir ki, Nyu-York şəhərində yerləşən Linkoln mərkəzinin “Bruno Walter” Auditoriyasında baş tutacaq konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Faiq Sücəddinov, Tofiq Quliyevin və Franz Vaksman, Frederik Şopen, Ernesto Lecuona, Corc Qerşvin, Ruperto Çapi kimi bəstəkarların musiqiləri səsləndiriləcək.

Konsertdə “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təsisçisi və prezidenti,  Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Nərgiz Əliyarova, Elvin Qəniyev, Zoya Qramaqin, Cefri Verbok milli və digər musiqi alətlərində ifa edəcəklər.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …