Home / Aktual / Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıblar?

Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıblar?

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1250 mənzil alıb. Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatda deyilir ki, təkcə ötən ilin son ayında həmyerlilərimiz Türkiyədən166 mənzil alıb.

2017-ci il ərzində isə azərbaycanlılar Türkiyədən yalnız 942 mənzil alıblar. Ötən il Türkiyədən ev alan əcnəbilər arasında İraq, İran, Səudiyyə Ərəbistanı, Rusiya, Əfqanıstan, Almaniya, Küveyt, İordaniya və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən il İraq vətəndaşları Türkiyədən 8205, İran vətəndaşları 3652, Səudiyyə Ərəbistanı vətəndaşları 2718, Rusiya vətəndaşları 2297, Əfqanıstan vətəndaşları 2084, Almaniya vətəndaşları 1866, Küveyt vətəndaşları 2199, İordaniya vətəndaşları isə 1362 mənzil alıblar.

DiasporNews

Check Also

Azərbaycan Maarifçi Gənclər Təşkilatının Beynəlxalq layihəsi uğurla başa çatıb

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Social Inclusion Through Healthy Lifestyles: Cross-sectoral youth policydevelopment in Eastern Partnership”adlı …

160*600