Home / Aktual / Özbəkistan portalı 20 Yanvardan yazdı

Özbəkistan portalı 20 Yanvardan yazdı

Özbəkistanın uchildiz.uz portalı “20 Yanvar – Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü” sərlövhəli məqalə yayıb. Məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verilir. Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib, çoxlu insan yaralanıb. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq mübarizəsinin rəmzi kimi tarixə düşüb. Həmin gecə canlarını qurban verən şəhidlər öz qanları ilə Azərbaycan tarixinin yeni səhifəsini yazıblar.

Yazıda bildirilir ki, 20 Yanvar hər il dövlət səviyyəsində qeyd olunur, Bakı sakinləri – qocalar, qadınlar, uşaqlar Şəhidlər xiyabanına axışır, Vətənin azadlığı və suverenliyi uğrunda həlak olanların məzarlarına güllər düzürlər. Vurğulanır ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gedərək, başda Mixail Qorbaçov olmaqla bu qanlı faciəni törədənləri ittiham edib, qırğının məsuliyyətinin onların üzərində olduğunu bildirib.

Qeyd olunur ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı qanun qəbul edib, faciəyə siyasi-hüquqi qiymət verilib və günahkarların adları açıqlanıb.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600