Home / Aktual / Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisin 4-cü rayonunda “Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub. Rəssamın əsərləri Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Almaniya, Misir və Fransada dəfələrlə sərgilənib. Əsərləri Rovereto Müasir İncəsənət Muzeyində (İtaliya), eləcə də Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı şəxsi kolleksiyalarda saxlanılır.

53-cü Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. 2013-cü ildə Londonda “Gazelli art House” incəsənət evində “Rəqs edən sümüklər” sərgisi böyük maraqla qarşılanıb. İngilis incəsənət tənqidçisi onun əsərlərinin faciəvi xarakterinə görə onu Francis Bacon ilə müqayisə edib.

Rəssamın yaradıcılığında insan daim yeni stilistik həllər axtarışında olur. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığının əsas xarakterlərindəndir. Rəssam əsasən isti rənglərə müraciət edir. O, müasir ekspressionist və müstəsna kolorist hesab olunur.

BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında “Qobustandan yol gələn naxışlar”, Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri avropalı sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanır.

N.Nəcəfov Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində də iştirak edib.

DiasporNews

Check Also

Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub

Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Uss 12 iyun Rusiya Günü münasibətilə “Qubernator” zalında təqdimat …

160*600