Home / Aktual / “Polonez”lər ilk dəfə təlimə çıxarıldı

“Polonez”lər ilk dəfə təlimə çıxarıldı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

DiasporNews xəbər verir ki, Ordumuzun silahlanmasına yeni daxil olan 301 mm-lik “Polonez”lər də ilk dəfə təlimlərə cəlb olunub.

Qeyd edək ki, Belarus 2018-ci ildə 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (РСЗО) ixracına dair ilk müqavilənin yerinə yetirilməsini planlaşdırıb. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Belə ki, bir maşın üzərində döyüşə hazır 8 raket mövcuddur.

Xatərladaq ki, genişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar döyüş əməliyyatlarına hazırlıq üzrə planlı işlər yerinə yetirirlər.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600