Home / Aktual / Polşadakı ermənilərdən təxribat: Diasporumuz hərəkətə keçdi

Polşadakı ermənilərdən təxribat: Diasporumuz hərəkətə keçdi

Polşanın Poznan şəhərində Qlovna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub.

DiasporNews Axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O bildirib ki, Polşada Azərbaycanlı Gənclər Şurası artıq təxribatın qarşısını almaq üçün hərəkətə keçib:

“Hal-hazırda məsələ ilə bağlı şəhərin merinə etiraz məktubu hazırlayırıq və eyni zamanda Azərbaycanın Polşadakı səfirliyinə də məlumat verəcəyik. Təxribatın qarşısını almaq üçün isə hüquqi müstəvidə mübarizə aparacağıq və yaxın zamanda reklam bannerinin sökülməsinə ümid edirik”.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600