Home / Aktual / Polşaya ixrac missiyası təşkil ediləcək

Polşaya ixrac missiyası təşkil ediləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) martda Polşanın paytaxtı Varşavaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.

İxrac missiyası martın 6-dan 10-dək davam edəcək. Missiya qida, alkoqollu içkilər, tekstil, kosmetika sahələrini əhatə edir.

İxrac missiyada iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək. Fevralın 7-də keçiriləcək müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.

DiasporNews

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600