Home / Aktual / Putin Azərbaycanın dostunu bu təşkilatdan qovdu

Putin Azərbaycanın dostunu bu təşkilatdan qovdu

Rusiya Prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının tərkibinin dəyişdirilməsi haqqında əmr imzalayıb.

Axar.az xəbər verir ki, Putin şuranın tərkibinə Təhsil naziri Mixail Kotyukov, Baş nazirin müavini Vitali Mutko və Rusiya Xalqlar Assambleyasının rəhbəri Svetlana Smirnovanı daxil edib. Əmrə əsasən şuradan Baş nazirin keçmiş müavini Aleksandr Xloponin və jurnalist Maksim Şevçenko çıxarılıb. Onların şura üzvlüyündən çıxarılma səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə Şevçenko Moskvada keçirilən mitinqlər zamanı kazakların etirazçılara hücumuna cavab olaraq Prezident yanında İnsan Haqları Şurasından çıxdığını elan etmişdi.

Rusiya Millətlərarası Münasibətlər Şurasının rəhbəri Putindir. Şuranın 47 üzvü var.

Şevçenko Rusiyada Azərbaycanın mövqeyini xüsusilə Qarabağ məsələsində müdafiə edən jurnalist kimi tanınır. O, bir müddət əvvəl Azərbaycana səfər edib və Qarabağətrafı rayonlarda olub. Bakıda səsləndirdiyi fikirlərdən sonra o, Rusiyada ermənilər və erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalıb.

 

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600